16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Rusiya ilə oyunlarının vaxtı müəyyənləşib. SİA-nın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Krımsk şəhərində təlim-məşq toplanışında olan Təbriz Həsənovun komandasının rusiyalı həmyaşıdlarıyla qarşılaşmaları müxtəlif vaxtlarda start götürəcək. Oktyabrın 2-də keçiriləcək ilk qarşılaşma saat 17:00-da, 4-də baş tutacaq matç isə 12:00-da oynanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB