Prezident İlham Əliyev Yaponiyanın ölkəmizdəki səfirini diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib

Prezident İlham Əliyev Yaponiyanın ölkəmizdəki səfirini diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Masamitsu Okini diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

SİA-nın məlumatına görə, dövlətimizin başçısı Masamitsu Okinin ölkəmizdəki diplomatik fəaliyyətini yüksək qiymətləndirib və onun Azərbaycan ilə Yaponiya arasında əlaqələrin inkişafına verdiyi töhfənin önəmini vurğulayıb. Masamitsu Okiyə gələcək fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.

Masamitsu Oki Azərbaycanla bağlı xoş xatirələrinin olduğunu deyib. Qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan diplomat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Yaponiyaya səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi işinə güclü təkan verib.

Bütün xəbərlər Facebook səhifəmizdə