Dövlət Sosial Müdafiə Fondununu (DSMF) saytının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib. SİA-nın məlumatına görə, Fondun yeni saytı azərbaycan və ingilis dillərində olmaqla istər dizayn, istər quruluş, istərsə də məzmun baxımından tam müasir tələblərə uyğun qurulub.
DSMF-nin fəaliyyəti ilə bağlı zəngin məlumatları özündə əks etdirən saytın sol menyusu 14 əsas bölmədən və 50-dən artıq altbölmədən ibarətdir. Həmin bölmələrdə Fond haqqında, qanunvericilik bazası, pensiya islahatı, məcburi dövlət sosial sığortası, fərdi uçot, əmək pensiyaları, sosial sığorta müavinətləri, sığortaedən üçün məlumat, statistik göstəricilər, vətəndaşların məlumatlandırılması, beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr, qonaq kitabı, lazımi linklərə istinadlar verilməklə bir çox suallara aydınlıq gətirilir.
"İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, Fondun fəaliyyətini əks etdirən bütün məlumatlar (DSMF-nin gəlir və xərcləri barədə operativ məlumat, DSMF-də uçotda olan pensiyaçıların say tərkibi və orta aylıq pensiyanın məbləği barədə məlumat, sosial sığorta şəhadətnamələrinin rəsmiləşdirilməsinin gedişatı barədə ümumi məlumat, sığortaolunanlardan fərdi uçot sistemində qeydiyyata alınanların sayı və.s) saytda yerləşdirilib.
Yeni sayt sığorta-pensiya sahəsində görülən işlər barədə əhalinin məlumatlandırılması və internet səhifəsindən əhaliyə xidmət vasitəsi kimi istifadə edilməsi istiqamətində geniş imkanlara malikdir.
Qeyd edək ki, DSMF informasiya texnologiyalarını uğurla tətbiq edən, əhali ilə ünsiyyəti informasiya texnologiyaları vasitəsilə qurmağa üstünlük verən ilk dövlət qurumlarından biridir. DSMF cari ilin mart ayında Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa müsabiqəsində "İnformasiya kommunikasiya texnologiyalarının tətbiq olunması vasitəsilə effektiv idarəetmə" nominasiyasında müsabiqənin qalibi elan olunaraq, Fəxri Fərmanla təltif edilib.
Onu da bildirək ki, DSMF-nin www.sspf.gov.az ünvanlı saytı 2004-cü ildən etibarən fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB