Spiker: “Ermənilər çıxılmaz vəziyyətdə qaldıqları üçün ağızlarına gələni danışırlar” - AÇIQLAMA
"Amerikanın Boston şəhərində Ermənistanın xarici işlər naziri Edvard Nalbadyanın Azərbaycanın yenilənmiş Madrid prinsiplərinin qəbul etməməsi ilə bağlı bəyanatı yalandır".
Bu sözləri millət vəkili Asəf Hacıyev Milli Məclisin bu günkü iclasında çıxışı zamanı deyib. Azərbaycanın yenilənmiş Madrid prinsiplərini əsaslı sürətdə qəbul etdiyini deyən millət vəkili vurğulayıb ki, bu haqda Azərbaycanın Xarici İşlər Nazirliyi səviyyəsində də bəyan edilib.
"Ermənistanda parlament səviyyəsində Madrid prinsiplərinin tanınmasını da başa düşmək olar. Ona görə ki, Ermənistanda prezidentin etdiyindən parlamentin, parlamentin etdiyindən prezidentin xəbəri yoxdur".
O vurğulayıb ki, bütün bunarla bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin münasibət bildirməlidir: "Bu onların əsas vəzifəsidir. Yalanlara şərh verilməlidirlər. Bu həm dünya ictimaiyyətinə maraqlı olar, həm də problemin həllinə müsbər təsir göstərə bilər"
Məsələ ilə bağlı çıxış edən Spiker Oqtay Əsədov: "Azərbaycan yenilənən Madrid prinsiplərini 6 aydır ki, qəbul edib. Amma Ermənistandan heç bir səs çıxmır. İndi onlar çıxılmaz vəziyyətdə olduqları üçün ağızlarına gələnləri danışırlar", - deyə vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB