“Nanotexnologiyalar və onların texnikada tətbiqi” mövzusunda beynəlxalq konfrans keçiriləcək

“Nanotexnologiyalar və onların texnikada tətbiqi” mövzusunda beynəlxalq konfrans keçiriləcək
Cari ilin dekabrında paytaxtda "Nanotexnologiyalar və onların texnikada tətbiqi" mövzusunda beynəlxalq konfrans keçiriləcək Bu barədə SİA-ya Bakı Dövlət Universitetinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, beynəlxalq konfrans Azərbaycan Texniki Universitetində təşkil olunacaq.

Konfransda iştirak etmək istəyənlər oktyabrın 30-dək sənədlərini Azərbaycan Texniki Universitetinə (Bakı şəhəri, H.Cavid küçəsi – 25, V korpus, otaq 209A) təqdim edə bilərlər. Əlavə məlumat almaq istəyənlər 012-438-33-93 telefon və ya [email protected] elektron ünvanı vasitəsilə əlaqə saxlaya bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə