Ərbildə səsvermənin nəticələri - 0,0 REFERENDUM

Ərbildə səsvermənin nəticələri - 0,0 REFERENDUM

Şimali İraqda Kürdüstanın müstəqilliyi ilə bağlı referendumun nəticələrində saxtakarlıqlar üzə çıxıb. SİA xəbər verir ki, bu barədə Türkiyənin "Takvim" nəşri yazır. Qeyd olunur ki, referendumun nəticələrinin başa çatdığı müddətdən etibarən 72 saatdan sonra açıqlanacağına rəğmən, hazırkı vaxta qədər göstərilən rəqəmlərdə kifayət qədər şişirdilmələr müşahidə olunub. Belə ki, Bərzaninin nəzarətində olan "Rudaw" internet şəbəkəsində ən çox səs verən bölgələrdəki rəqəmlər seçki məntəqələrinin yaydığı məlumatlarla üst-üstə düşmür. Xüsusilə, kürd müxtariyyətinin paytaxtı kimi göstərilən Ərbildə ən çox səsin verildiyi iddia olunsa da, həmin bölgənin səsvermə nəticələrinin hələ də açıqlanmaması şübhələri daha da artırır.

Nəşr onu da yazır ki, artıq "bəli" deyilən bülletenlərin kütləvi şəkildə saxtalaşdırılaraq seçki urnalarına atılmasını təsdiq edən videosüjetlər də mövcuddur və həmin videolar yaxın saatlarda dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə