Azərbaycan ilə İran arasında iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsi müzakirə edilib

Azərbaycan ilə İran arasında iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsi müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranın birinci vitse-prezidentinin iqtisadi məsələlər üzrə müavini Əli Ağaməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə İran arasında münasibətlərin yüksək səviyyədə olduğu bildirilib və iki ölkə arasındakı iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsi müzakirə edilib.

Görüşdə eyni zamanda qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə