“İnvestisiya fondları Haqqında” qanun layihəsi II oxunuşa tam hazırdır
Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda "İnvestisiya fondları Haqqında" qanun layihəsi parlamentin II oxunuşuna çıxarılması üçün komitə üzvlərinin müzakirəsinə verilib. İclasda çıxış edən komitə sədri Ziyad Səmədzadə layihənin bir neçə aydır ki, müzakirə olunduğunu dilə gətirib. O bildirib ki, layihə komitə tərəfindən ciddi şəkildə müzakirə olunduqdan sonra parlamentə təqdim olunub. Onun sözlərinə görə, layihənin ilk oxunuşu zamanı irəli sürülən təkliflər komitənin iqtisadi qanunvericilik şöbəsi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən işlənilib daha da təkmilləşdirilib. Qeyd edilib ki, layihə II oxunuşa tam hazırdır.
İclasda bildirilib ki, layihədə köklü dəyişikliklər olmayıb, sənədin hazırlanmasında dünya təcrübəsindən, xüsusən də MDB ölkələrinin qanunvericilik aktlarından istifadə olunub. Bundan əlavə vurğulanıb ki, "İnvestisiya fondları Haqqında" qanun layihəsinda dünya maliyyə böhranının səbəbləri öz əksini tapıb.
Daha sonra çıxış edən komitə üzvü Vahid Əhmədov layihənin Milli Məclisin payız sessiyası dövründə - oktyabrın 8-də müzakirəyə çıxarılacağını bildirib. Onun sözlərinə görə, qanun layihəsi fondların iqtisadi inkişafına böyük təsir götərəcək. O bu qanunun vacibliyini vurğulayıb.
Müzakirələr zamanı çıxış edən Xanhüseyn Kazımlı sənədin qanunvericilik təminatı baxımından zəruri olduğunu dilə gətirib. Onun sözlərinə görə, layihənin qəbul olunmasında əsas məqsəd digər qanunlara ziddiyət təşkil etmədən işlək formada cəmiyyətə çatdırmaqdır.
Müzakirələrə millət vəkili Əli Məsimli də qatılıb. O layihədə qrammatik səhvlərin olduğunu qeyd edərək belə səhvlərin yolverilməz olduğunu dilə gətirib. İclas müzakirələr əsasında davam edib.
Sonda layihə Milli Məclisin plenar iclasına tövsiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB