Ayın sonunda Azərbaycanla Aİ arasında yeni tərəfdaşlıq prioritetləri müzakirə ediləcək

Ayın sonunda Azərbaycanla Aİ arasında yeni tərəfdaşlıq prioritetləri müzakirə ediləcək

"Bu ayın sonu Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında sazişə dair müzakirələr olacaq. Müzakirələrdə ticarət-investisiya siyasəti və təhlükəsizlik sahəsi istisna olmaqla, müxtəlif məsələlər müzakirə ediləcək". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Onun sözlərinə görə, Brüsseldə həm də yeni tərəfdaşlıq prioritetləri ətrafında da fikir mübadiləsi aparılacaq: "Bu, yeni addımdır. Artıq biz birinci növbədə öz təkliflərimizi vermişik. Aİ -də da baxıb öz təkliflərini verib. Biz bunun əsasında da təkliflər hazırlayıb təqdim etmişik. Sentyabrın 29-da bu sənədin müzakirəsi aparılacaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə