Qarabağ münaqişəsi ətrafında vəziyyət dəyişir

Qarabağ münaqişəsi ətrafında vəziyyət dəyişir

Azərbaycan və Türkiyənin birgə təlimləri Nalbadyanın etirafı, Krilin həqiqətləri

Ermənistan xarici işər naziri Edvard Nalbadyanın Ümumerməni Forumunda səsləndirdiyi fikirlər gündəmin əsas müzakirə mövzusu olaraq qalmaqdadır. İşğalçı ökənin xarici siyasət idarəsinin rəhbərinin açıqlamaları münaqişənin həlli istiqamətində müzakirələrin hansı müstəvidə davam etdirildiyinə aydınlıq gətirib. Düzdür Nalbadyan işlətdiyi sözlərə müəyyən korrektələr edib. “Dağlıq Qarabağa təhlükə yaratmayan” kimin ifadələri məhz bu qəbildəndir. Yəni bir növ Sarkisyan hakimiyyətini müdafiə etməyə çalışıb.

Reallıq isə tam başqadır. Dağlıq Qarabağ münaqişəsinin diplomatik çözümü istiqamətində müzakirələr intensivləşdirilib. Xüsusilə Rusiyanın aktivləşməsi fonunda konfilikt yenidən diqqət mərkəzindədir. Bizim üçün ən önəmli amil Azərbaycanın şərtlərinin qəbul edilməsidir. Bu faktoru dolayısı ilə olsa da Ermənistan da etiraf edir. Rəsmi Bakı münaqişənin nizamlanması üçün yol xəritəsini göstərib. İşğal olunan ərazilər qaytarılmadan Dağlıq Qarabağ məsələsində sülhdən danışmaq yersizdir. Görünür prezidentlərin Soçi görüşündə Bakının tələbi diqqətə alınıb. Rusiya Cənubi Qafqazda ən azından bu günkü durumda sabitiyilin bərpa ediməsində əsas maraqlı tərəf olaraq qalır.

Kremldə status-kvonun təhlükəli ssenari ala biləcəyi də yaxşı dərk edilir. Nalbadyanın son dedikləri də ondan xəbər verir ki, İrəvana vəziyyətin ciddiliyi nöqtəsinə qədər izah edilib. Üstəlik Azərbaycanın tələbi Nalbadyanın təqdim etdiyi formada da deyil. Sadəcə, erməni diplomat daxilə hesablanmış şəkildə açıqlama verməklə İrəvanın məğlub tərəf kimi göstərilməsini istəmir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, erməni silahlıların nəzarətindəki ətraf rayonlar boşaldılmalı, Dağlıq Qarabağın statusu isə sonrakı mərhələdə müzakirə edilməlidir.

Bənzər fikirlər ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Riçard Hoqland tərəfindən də səsləndirilmişdi. Amerikalı diplomat da sülh faktorunun Azərbaycanın istəklərinin yerinə yetirlməsindən keçdiyini bildirmişdi. Digər və olduqca vacib məqam Azərbaycan-Rusiya, Rusiya-Türkiyə münasibətləridir. Bakı hər zaman Moskva ilə dil tapa bilib. Anakara ilə Kremlin əlaqələri isə son yarım əsrdə ən yüksək həddədir. Hər üç dövlətin lideri arasında qarşılıqlı inam münaqişənin həllinə öz təsirini göstərir. Bu siyahıya İrəvanda höküm sürən anti-Rusiya faktoru da əlavədir. Moskva İrəvanın NATO və Avropa Birliyi sevadına yoluxduğunu yaxşı anlayır. Serj Sarkisyanın gizli tapşırığı ilə işğalçı ölkənin mətbu orqanlarında Rusiya əleyhinə yazıların yer alması Moskvanı narahat etməyə bilməz. Hətta Rusiya patriarxı Krill də Ermənistan hakimiyyətinə yerini göstərməyi özünə borc bilərək Moskvanın İrəvan üçün əhəmiyyətini yada salıb. Krill son 20 il ərzində Rus Provaslav kilsəsindən heç vaxt səslənməyən fikirlər işlədərək ermənilərin provaslav olmadıqlarını xatırladıb, bununla belə Rusiyanın Ermənistanın ölkə kimi mövcudluğunun qarantı olduğunu vurğulayıb. Bir sözlə İrəvan üçün çəmbər getdikcə daralmaqdadır. Xüsusilə, Dağlıq Qarabağ münaqişəsində Sarkisyan hakimiyyətinin manevir imkanları sıfıra endirilib.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə