“Özbəkistan tərəfi Azərbaycanın gənclər siyasətindən çox şey öyrənə bilər”
Özbəkistanın "Kamalot" gənclər hərəkatının 18 nəfərlik nümayəndə heyəti 27-30 sentyabr tarixlərində ölkəmizə səfərə gəliblər. Səfər çərçivəsində qonaqlar Azərbaycan mədəniyyəti və Gənclər siyasəti ilə yaxından tanış olub, bir-neçə görüşlərdə iştirak edəcəklər.
Özbəkistanlı qonaqlar səfərləri çərçivəsində 27 sentyabr 2010-cu ildə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nüaməynədələri ilə görüşüblər. SİA-nın məlumatına görə, görüş ATGTİ-nin baş qərargahında keçirilib.
Görüşdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin rəsmiləri, ATGTİ-nin idarə heyəti, departament rəhbərləri və təşkilatın sədri Şahin İsmayilov iştirak edib. ATGTİ sədri Şahin İsmayilov qonaqları salamlayıb və onları təşkilat haqqında çəkilmiş filmə baxıblar.
Nümayişdən sonra "Kamalot" gənclər hərəkatının sədrinin 1-ci müavini Firuza Muxamedcanova qeyd edib ki, ATGTİ-nin fəaliyyəti təqdirə laiqdir və o ümumilikdə Azərbaycan gənclərinin fəaliyyətindən çox razıdır. "Bildiyimiz kimi, gənclər ölkənin hərəkətverici qüvvəsidir, onlardan yeni fikirlər gəlir. Sizin təşkilatın mövcudluğu gənclərə böyük dəstəkdir. Özbəkistan tərəfi Azərbaycanın gənclər siyasətindən çox şey öyrənə bilər. Buna görədə biz mümkün qədər sıx və uzunmüddətli əlaqələr qurmalıyıq. Nə qədər çox informasiya mübadiləsi aparsaq, bir o qədər inkişaf edərik", F.Muxamedcanova deyib.
"Kamalot" gənclər hərəkatının Beynəlxalq Əlaqələr Departamentinin nümayəndəsi Elbek Şukurov qeyd edib ki, "Kamalot" Özbəkistan Prezidenti İslam Kərimovun təşəbbüsü ilə yaradılıb. E.Şukurovun sözlərinə görə, Özbəkistan əhalisinin 60%-i gənclərdən ibarətdir və bu böyük kütləni vahid bir halda birləşdirmək zəruriyyəti qarşısında Prezident İ.Kərimov bu təşəbbüslə çıxış edib. "Sizin həyata keçirdiyiniz layihələri biz çox bəyəndik. Biz əminik ki, Azərbaycanla Özbəkistanın gənclər siyasətində əməkdaşlığı ən yüksək səviyyədə inkişaf edəcək", deyə E.Şukurov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB