Çexiya rəsmiləri Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Ziyafət Əsgərovla görüşüblər

Bu gün Çexiya rəsmiləri Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Ziyafət Əsgərovla görüş keçiriblər. SİA-nın məlumatına görə, görüş zamanı çıxış edən Ziyafət Əsgərov ilk növbədə qonaqlara komitə haqqında məlumat verib. O bildirib ki, komitənin əsas məqsədi təhlükəsizlik və müdafiə üzrə qanunvericilik aktlarının hazırlanmasıdı: "Komitə bir çox xarici təşkilatlarla beynəlxalq əlaqələrə malikdir. 100-dən çox parlament assambleyası ilə sıx əməkdaşlıq edir. Azərbaycan NATO Parlament Assambleyasının üzvüdür". Komitə sədrim həmçinin komitədə bu günə qədər hazırlanan qanun layihələri haqqında məlumat verib. Onun sözlərinə görə, bu yaxınlarda Azərbaycan hərbi doktrina qəbul olunub: "Burada regionda vəziyyət və digər məlumatlar öz əksini tapır. Bu açıq sənəddir. Arzu etsəniz, sənədlə tanış ola bilərsiniz".
Ziyafət Əskərov əlavə edib ki, komitə terrozimə qarşı bir sıra konvensiyalara qoşulub, bütün sənədlər Venesiya komissiyasından keçib.
Daha sonra çıxış edən Çexiya Respublikası senatının Avropa Birliyi məsələləri komissiyasının sədri Ludik Şefçikin öz komitələrinin Avropa Birliyi çərçivəsində institutlarla məşğul olduğunu bildirib: "Komitə qanunvericiliyin necə, hansı praktika ilə ilə qəbul olunmasına nəzarət edir". O ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin çox əhəmiyyətli olduğunu bildirib: "Biz Azərbaycanı maraqlı region hesab etdiyimizə görə məhz bura səfər etməyə qərar vermişik".

Bütün xəbərlər Facebook səhifəmizdə