Əli Kərimli: "Ermənistan inkişaf edir..."
AXCP sədri Əli Kərimlinin "peşələrindən" biri də "facebook"da hakimiyyətə qarşı böhtançı fikirləri əsasında "klaviatura qəhrəmanlığı" edərək, mətbuata çıxmağa çəkinməsidir. Xüsusilə, "dostlar"-deyə bənzər müraciətləri ilə özünü "dahi siyasətçi" kimi təqdim edən Ə.Kərimli öz bphtanlarına o qədər aludə olur ki, sonda onunla düşmən ölkənin Ermənistan siyasətçiləri arasında heç bir fərq qalmır. Çünki bu gün Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən erməni mediası Azərbaycanın dövlətçilik maraqlarına qarşı necə çıxışlar edirsə, Ə.Kərimlinin çıxışlarından qətiyyən fərqlənmir. Əbəs yerə deyil ki, AXCP sədrinin fikirləri zaman-zaman erməni mediasında manşet xəbərlər silsiləsində yer alır.
Əli Kərimlinin fikirləri onun Azərbaycan xalqına, dövlətinə qarşı hansı dərəcədə düşmən kəslidiyinin bariz göstəricisi olaraq qiymətləndirilə bilər
Bu dəfə Ə.Kərimlinin Azərbaycan hakimiyyətini Ermənistan iqtidarı ilə eyniləşdirməsi isə onun həqiqətən də Azərbaycan xalqına, dövlətinə qarşı hansı dərəcədə düşmən kəslidiyinin bariz göstəricisi olaraq qiymətləndirilə bilər.
Misal üçün, AXCP sədri sosial şəbəkədə Azərbaycan dövlətinin xalq üçün gördüyü böyük işlərə kölgə salmaqdan ötrü, Ermənistan rəhbərliyinin "işlər" qarşısında aciz göstərməyə cəhd edir. Misal üçün, bir neçə gün öncə Azərbaycan hakimiyyətinin Cəlilabadda magistral avtomobil yollarını, telekommunikasiya qovşağını, aqroparkı, içməli su təchizatı və kanalizasiya şəbəkəsini açması Ə.Kərimlinin kefinə necə deyərlər, soğan doğrayıb. Yəni fakt budur ki, Azərbaycanda gedən inkişaf və tərəqqini, xalqın sosial rifah halının yaxşılaşdırılmasına yönəlik işləri ermənilərin bəyənmədiyi qədər elə Ə.Kərimli də bəyənmir. Məhz bu baxımdan, onunla düşmən erməni arasında hər hansı bir fərq axtarmağa dəyməz. Bunu o öz dili ilə etiraf edir.
Bu da azmış kimi, FHN-də xidmət edən Azərbaycan əsgərləri də ələ salınır
Ümumiyyətlə, görülən hər bir işə öz təbirincə ironik yanaşan bu ermənisifət siyasətçi bu da azmış kimi, Qəbələdə meşə yanğınlarının söndürülməsi zamanı əsl şücaət göstərən FHN əməkdaşlarını və bu quruma aid olan hərbçiləri açıq-aşkar ələ salıb. Onun təkcə bir ifadəsinə nəzər salaq. Məsələn, "...Nəhəng meşə yanğınını bel və vedrə ilə söndürməyə çalışan "xüsusi təyinatlılarımızın" bacarığı və mübarizə əzmi düşməni lərzəyə salıb..."-deyə ermənicəsinə fikir yürüdən Ə.Kərimli bunun yerinə Serj Sarkisyanın Ermənistanı işğal altındakı Ağdərə yolu ilə birləşdirən Vardenis-Ağdərə yolunun açılışını az qala nəhəng iş kimi qiymətləndirib. Söz yox ki, xəyanətkar və satqın AXCP sədrinin bu ifadələri çox yaxında Ermənistan mətbuatının xəbər başlıqlarını "bəzəyəcək"...
Beləliklə, onun bu cür rüsvayçı və xəyanətkar çıxışları bilavasitə cəmiyyətdə ona qarşı olan ikrah, nifrət hisslərini daha da artırmış olur.
Əli Kərimli illərdir ki, erməni lobbisinin Qərb təşkilatlarına verdiyi maddi dəstəklərdən öz tulapayını alıb və təşəkkür quyruqbulaması edir
Lakin o da bəllidir ki, Azərbaycanda demokratik mühit mövcuddur və real müxalifət normal, sivil və siyasi baxışları ilə, eləcə də hörmət çərçivəsində hakimiyyəti tənqid edə bilər. Üstəlik, dialoqlara qatılıb təkliflərini də irəli sürə bilmək hüququ normal müxalifətdə daim olub. İctimai rəy dəfələrlə iqtidar-müxalifət dialoqlarının şahidinə çevrilib, ancaq bu dialoqların heç birində Ə.Kərimli olmayıb. İndi isə sosial şəbəkədə özünü və ətrafını gülünc vəziyyətə qoyaraq aşkar polyaçiliklə məşğul olur, Azərbaycan dövlətinin gördüyü işləri düşmən qarşısında alçaltmağa cəhdlər göstərir. Niyə məhz Ermənistanın? Çünki Ə.Kərimli illərdir ki, erməni lobbisinin Qərb təşkilatlarına verdiyi maddi dəstəklərdən öz tulapayını alıb. İndi də həmin payına görə təşəkkür quyruqbulamaları etməklə məşğuldur. Yuxarıdakı bənzər ifadələri ilə...
Hələ aprel müharibəsi zamanı onun erməni KİV-lərində necə ulduza çevrilməsini kimsə unutmayıb!
Nəticə etibarilə, inkişaf və tərəqqi edən Azərbaycanı ac, yoxsul və kriminal Ermənistan rejimi ilə müqayisə etməsi, heç bir potensiala sahib olmayan işğalçı ölkənin "inkişaf" etdiyini zorla insanlara sırıması ona qaşrı olan hədsiz nifrəti daha da artırmış oldu. Bəli, bu gün Ə.kərimliyə kimin nifrəti varsa, bu nifrət birə-on qat artdı!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB