Məzahir Pənahov: "Bu günə qədər 54 nəfər namizəd kimi qeydiyyatdan keçib"

Dairə seçki komissiyalarına Azərbaycanda keçiriləcək parlament seçkiləri zamanı deputat mandatı uğrunda mübarizəyə hazır olan 1152 namizəd müraciət edib, onlardan 1092-si MSK-dan imza vərəqələri alıb, 200-ü isə artıq onları dolduraraq MSK-ya təqdim ediblər. Bu barədə bazar ertəsi Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.

"Bu günə qədər 54 nəfər namizəd kimi qeydiyyatdan keçib", - Pənahov deyib.

Onun sözlərinə görə, əvvəl deputatlığa namizədliyini irəli sürən 21 nəfər artıq namizədlikdən imtina edib.

Azərbaycanın Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə nəzərdə tutulub.

Ötən seçkilər 2005-ci ilin noyabrında keçirilmişdi. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Bu gün MSK seçkilərin gedişini müşahidə etmək üçün 460 yerli müşahidəçini qeydiyyata alıb.

Bazar ertəsi MSK-nın iclasında siyasi partiyaların səlahiyyətli nümayəndələri qeydiyyata alınıb, həmçinin 75-ci Lənkəran-Masallı seçki dairəsinin tərkibinə dəyişikliklər edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...