“Türk Millətinin Xidmətçisi” mükafatına Türkiyə və Azərbaycanın tanınmış simaları layiq görülüb

“Türk Millətinin Xidmətçisi” mükafatına Türkiyə və Azərbaycanın tanınmış simaları layiq görülüb

28 Sentyabr 2010-cu ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında "Yeni Nəsil Azərbaycan Gəncliyi" İctimai Birliyi tərəfindən "Türk Millətinin Xidmətçisi"nin mükafatlandırılması mərasimi keçiriləcəkdir. "Yeni Nəsil Azərbaycan Gəncliyi" İctimai Birliyindən SİA-ya verilən məlumata görə, bu tədbiri keçirməkdə əsas məqsəd Prezident İlham Əliyevin Azərbaycanda başlatdığı və Türkiyə, Qazaxıstan, Qırğızıstan, KKTC-də də qurulan Türk Dünyası Assosiasyası tərəfindən dəstəklənən Türk Birliyi hərəkatina qeyri-hökumət təşkilatı olaraq dəstək vermək və digər Türk dövlətlərindəki qeyri-hökumət təşkilatları ilə əlaqə quraraq beynəlxalq səviyyədə türk gəncliyi ilə əməkdaşlıq hərəkatını başlatmaqdır.

Mükafatlandırılma mərasiminin əsas məqsədi bu illər ərzində Türk millətinə xidmət edən, Türkiyə və Azərbaycan qardaşlığına fayda vermiş tanınmış xadimlərimizin bu yolda yalnız olmadıqlarını və onların göstərdiyi xidmətlərə ictimaiyyət tərəfindən biganə yanaşılmadığı və dəstəkləndiyini nümayiş etdirməkdir.

Xatırladaq ki, "Türk Millətinin Xidmətçisi" ödülünə Azərbaycandan millət vəkilləri Əli Hüseynov, Qənirə Paşayeva, Nizami Cəfərov və Azərbaycan Respublikası Gənclərinin Milli Şurası, Türkiyə tərəfindən isə, millət vəkilləri Mustafa Kabakçı, Atilla Kaya, Kürşat Tüzmən, Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfiri Hulusi Kılıç, KKTC-dən Serdar Denktaş, Azərbaycandakı türk iş adamı Yavuz Kələş, araşdırmacı-yazar Səlcuk Düzgün layiq görülüblər.

Bundan əlavə, bu münasibətlərin inkişafındakı roluna görə TUSİAB və TİKA-da ödül alanlar sırasındadırlar. Bundan başqa Azərbaycan gəncliyinin inkişafında göstərdikləri xidmətlərə görə, millət vəkili Fuad Muradov (ARGTMŞ), Ceyhun Osmanlı (İrəli İB), Vüsalə Hüseynova (DİGİB), millət vəkili Rövşən Rzayev, Azər Babayev də xüsusi diplomla təltif olunacaqlar.

Digər nominasiyada isə, Azərbaycan gəncliyinin Türk Dünyası gəncliyinə verdikləri töhfəyə görə, millət vəkili Əkrəm Abdullayev, TürkPA-nın baş katibi Ramin Həsənli, QHT-lərdən Anar Xəlilov (SİMİB), Əkbər Qoşaqlı (TDYİB), Emin Həsənli, Çingiz Bayramov, Əhməd Tecim (GYF), "Türküstan" qəzeti, Xanəmir Telmanoğlu, Kərəm Məmmədov, Səftər Rəhimli, Vaqif Bayatlı, Ağalar Məmmədov, Razim Əliyev, Şəmistan Nəzirli də layiq görülüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə