Yaponiya Azərbaycana əlavə qrant yardımı ayıracaq

Yaponiya Azərbaycana əlavə qrant yardımı ayıracaq
Sentyabrın 28-də Yaponiya Hökumətinin "Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində həyata keçiriləcək 7 layihə üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçiriləcək. Yaponiyanın Azərbaycandakı Səfirliyindən SİA-ya verilən xəbərə görə, qrant müqavilələrin imzalanma mərasimi səfir Masamitsu Okinin iqamətgahında baş tutacaq. Mərasimdə Azərbaycanın Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin və "Azərsu" açıq tipli səhmdar cəmiyyəti nümayəndələrinin iştirakı gözlənilir.

Yaponiya tərəfindən sözügedən müqavilələri səfir Masamitsu Oki, Azərbaycan tərəfindən isə 7 QHT-nin direktoru imzalayacaq. Layihələr üzrə Yaponiya Hökumıtinin qrant yardımının ümumi məbləği 643,590 ABŞ dolları təşkil edir.

İmzalanacaq 7 layihə üzrə müqaviləyə İsmayıllının iki kəndinin içməli su təchizatı, İsmayıllının Zogəri kəndində uşaq bağçasının tikintisi, Kürdəmirin Şahbəyli kəndində Balakəngərli məktəbinin tikintisi, Göyçay rayonunun ilkin təcili tibbi yardım stansiyasının əsaslı təmir, Füzuli rayonunun Araz Dirəgərdə kəndinin içməli su təchizatı və suvarma sisteminin təkminləşdirilməsi, Qazax rayonunun Mazam kəndində içməli su təchizatı və Şəkinin Qurcanaçay su təchizatı sistemini yenidən tikintisi layihəsi daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə