Mirmahmud Mirəlioğlu imza vəqəqələrini təhvil verib

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) 7 Noyabr 2010-cu il tarixinə təyin edilmiş parlament seçkilərinə irəli sürdüyü bütün namizədləri sənədləri dairə seçki komissiyalarına təqdim edib. SİA-ya bu haqda məlumat verən KAXCP-nin təşkilat komitəsinin rəhbəri Xəzər Teyyublu onlardan bir neçəsinin, o cümlədən 42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədliyini irəli sürən partiya sədri Mirmahmud Mirəlioğlunun lazım olan imzaları topladığını və təhvil verdiyini bildirib.

 

Digər namizdələrini də imzatoplama kampaniyasını davam etdirdiyini deyən X.Teyyublu bir sıra qanun pozuntuları ilə də qarşılaşdıqlarını dilə gətirib. KAXCP-nin təşkilat komitəsinin rəhbəri partiyanın manizədlərinə namizədliklərini geri götürməklə bağlı təkliflərin edildiyini, imzatoplayanlara müxtəlif formalarda təzyiqlərin edildiyini qeyd edib.

 

X.Teyyublu ilkin olaraq 73 nəfərin adı olan namizədlər siyahısına daha 2 adın da əlavə olunduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...