Azərbaycan “S-500” raketlərinə sahib ola bilər

Azərbaycan “S-500” raketlərinə sahib ola bilər

Bakı Moskvanın təqdim etdiyi yeni silahların əsas müştərisi kimi təqdim olunur

Məlum olduğu kimi Rusiyada “Ordu 2017” adlı silah sərgisinin təqdimatı keçirilir. Bunlar arasında S-500 “Prometey” zenit raket kompleksi və “Antey-4000” raketləri də var. Moskva istehsal etdiyi silahların təqdimatını mütamadi həyata keçirir. Əsas məqsəd silah bazarında müştərilərin diqqətini Rusiya bazarına cəlb etmək, bununlada sözügedən sahədə dominantlığını qorumağa çalışmaqdır. Kremlin əsas silah alıcıları arasında Bakı xüsusi yerə malikdir. Şimal qonuşumuzun silah satışında əsas müttəfiqi məhz Azərbaycandır.

Təqdim olunan silahlar işğalçı Ermənistanda qorxu hissi yaradıb. Azərbaycanın yeni raket komlekslərinə sahib ola bilməsi İrəvanda narahatlıqla izlənməkdədir. Artıq Bakıdan dəvət olunan mütəxəssislərə satışa çıxarılan raket komplekslərinin göstəriciləri barədə məlumatlar verilib. 2019-cu il də S-500 və “Antey-4000” qurğuları müştərilərə tam hazır vəziyyətdə təklif ediləcək. Hərbi ekspertər Azərbaycanın qeyd olunan raket komplekslərini ala biləcək gücdə oldğunu açıq şəkildə bəyan edir. Moskva Siyasi Araşdırmalar Mərkəzinin direktor müavini Aleksandr Xramçik düşmən ölkənin mətbuatına verdiyi müsahibəsində Azərbaycanın müasir raket komplekslərini ala bilməsi üçün Rusiya ilə Azərbaycan arasında heç bir siyasi fikir ayrılığının olmadığını deyib. Hansı ki, bu imkanlar Ermənistanda yoxdur.

İrəvanın şərtləri isə Moskvada cəlbedici deyil. Yəni Rusiya Ermənistana hissə-hissə ödəniş edilmək şərti ilə silah satmaqda maraqlı görünmür. Xrtamçikə görə Kremlə hərbi imkanlardan əldə oynacaq gəlirlər olduqca vacib əhəmiyyət kəsb edir. Kreml Rusiyada iqtisadi vəziyyətin gərginləşməsi riskini nəzərə alaraq silah ticarəti ilə dövət büdcəsini stabil saxlamağa çalışır. İndiki halda İrəvanın Moskvaya təqdim edəcəyi heç bir təklifi yoxdur. Azərbaycan Rusiyanın əsas müştərisi kimi raket komplekslərinin Ermənistana satılmaması ilə bağlı da şərt irəli sürə bilər. Necə ki,İsrailə bu tələb edilib. Son nəticədə söhbət kifayyət qədər böyük rəqəmlərdən gedir. Yeni alqı-satqı “S-400” raketlərinə bənzəməyə bilər.

Ermənistanın Azərbaycanla silahanma yarışında tab gətirmədiyi Sarkisyan rejimi tərəfindən dəfələrlə etiraf edilib. Hərbi arsenalını durmadan artıran Azərbaycan paralel olaraq düşmənə qarşı əzici üstünlüyünü də artımış vəziyyətdədir. Raketlərin uzaq mənzilli olması Ermənistandakı hərbi xuntanın diskomfort hissini artıran digər səbəblərdən biridir. Yeni raketlərin Bakının silah arsenalına daxil edilməsi onsuz da səksəkə içərisində yaşayan sadə erməniləri də diksindirir. Sarkisyan hakimiyyətinin daxildəki vəziyyətə nəzarəti getdikcə itirməsi də heç kimə sirr deyil. Moskvanın silah ticarətinə məcbur seyirci mövqe də qalan Ermənistan rəhbərliyi Rusiya əleyhinə siyasi manevirlərlə diqqət çəkir. İrəvandakı mətbu orqanlarda Kremlə qarşı sifarişli yazılar hər keçən gün durmadan artmaqdadır. Sözün hər mənasında İrəvan üçün çəmbər daralıb. İşğalçı rejimin bütün cəhdlərinə baxmayaraq Bakı Moskvanın əsas silah tədarük etdiyi ölkələrin siyahısında öz yerini qoruyur. Bu Rusiyanın biznes ticarətidir.

Azərbaycan isə müharibə şəraitində olan dövlət kimi hərbi qüdrətini artırmağa məcburdur. Bakı Dağlıq Qarabağ siyasətində iki əsas prinsip üzərindən hərəkət edir. Azərbaycan sülhə hazır olduğu qədər mümkün hərbi müdaxiləni də hər zaman alternativ variant kimi saxlayır.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə