Səbuhi Abbasov: “Dünya artıq erməni yalanlarına inanmır” AÇIQLAMA

Səbuhi Abbasov: “Dünya artıq erməni yalanlarına inanmır” AÇIQLAMA

“Bir məqamı təəssüf hissi ilə qeyd etməliyik ki, erməni lobbisi zamanında Avropa siyasi mühitinə geniş şəkildə yayılmışdır. Avropa mühitində həyata keçirilən terror və kriminal hadisələrin böyük əksəriyyəti ermənilər tərəfindən həyata keçirilib. Ancaq özlərini dünyada məzlum, əzilən, yazıq xalq kimi göstərmək istəmələri də məhz terror fəaliyyətini ört basdır eləmək üçündür”. Bunu SİA-ya açıqlamasında internet-media eksperti Səbuhi Abbasov deyib.

Onun sözlərinə görə, Türkiyəyə qarşı açılan savaş çərçivəsində qondarma soyqırım iddiaları da bu məqsədə xidmət edir: “Bugün dünyanı ermənilərdən yalnız Türkiyə xilas edə bilər. Dünya 20 il öncəki dünya deyil. Artıq bütün təşkilatlar, dövlətlər xülya təfəkkürü ilə deyil, gerçək, real siyasi durumla hesablaşırlar. Reallıq isə budur ki, Türkiyə dünyanın super güclərindən biridir. Ermənistan isə tamamilə çökmüş durumdadır. Bu mənada ermənilərin yeganə yolu Türkiyənin siyasi yüksəlişinə maksimum əngəl törətməkdən ibarətdir. Dünya artıq erməni yalanlarına inanmır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə