Əsl həqiqət çox yaxında üzə çıxacaq – bu, siyasi və s. cəhətlərdən süqut, müstəqilliyini itirməsi və xəritədən silinmək reallığıdır
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam etməklə yanaşı, cəbhə xəttində yaşayan, işləyən mülki insanlarımız da davamlı atəşlərə məruz qalırlar. Heç bir beynəlxalq konvensiyalara əməl etmədiyini sərgiləyən işğalçı ölkə rəhbərliyi bu da azmış kimi, uşaqların, yaşlıların və qadınların ölümündə həyasızcasına Azərbaycan tərəfini günahlandırmağa cəhd edirlər.
Ermənistanın və separatçı “dqr” rəhbərliyi qanun qarşısında cavab verməli olacaqlar
İllərdən bəri davam edən namərdlik və qaniçənlik amili erməni terrorunun ali məqsədi olaraq qəbul edildiyinə görə, hərbi və insanlıq əleyhinə yönəlmiş cinayətlər onlar üçün adi hala çevrilib. Bu baxımdan, qeyd edə bilərik ki, işğal olunmuş ərazilərdən bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qoyulması, Xocalı soyqırımı, 4000 nəfərdən artıq azərbaycanlının hələ də itkin olması bunun bariz sübutlarıdır. Biz, elə də uzağa getməyərək, təkcə son illərdə baş verən bir neçə hadisəni xatırlaya bilərik. Misal üçün, 2016-cı ilin aprelində Ermənistanın hücumları nəticəsində 30-dan artıq mülki şəxs yaralanıb və aralarında uşaq da olmaqla 6 nəfər həlak oldu. Bu il iyulun 4-də isə Füzuli rayonunun Alxanlı kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində azyaşlı qızcığaz Zəhra Quliyeva və onun nənəsi həlak oldu, daha bir mülki şəxs ağır yaralandı. Ancaq bu qanlı cinayətə görə beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınaqla üzləşməsinə baxmayaraq Ermənistan bu günlərdə növbəti dəfə təxribat törədərək daha bir uşağın yaralanmasının səbəbkarı oldu. Əlbəttə, düşmənin bu cür davranışı gec, ya da tez olaraq layiqli cavabını alacaq. Lakin Azərbaycan tərəfi heç vaxt düşmənin nümayiş etdirdiyi və mülki əhalini, qocaları və qadınları, uşaqları hərbi hədəf olaraq seçməyib. Bu baxımdan, yuxarıda sadalanan, eləcə də sadalanmayan bütün cinayətlərinə görə başda Ermənistanın və separatçı “dqr” rəhbərliyi qanun qarşısında cavab verməli olacaqlar. Bundan isə heç kimin şübhəsi olmamalıdır.
Dezinformasiyalarla “uğur” qazanacağını düşünən düşmən...
Yeri gəlmişkən, ermənilərin təxribatlarının qarşısı şanlı Silahlı Qüvvələrimiz tərəfindən alınarkən, düşmən ağır itkilər verərək geri çəkilərkən, onlar öz məğlubiyyətlərini saxta xəbərlərlə, dezinformasiyalarla ictimai rəydən gizlətməyə cəhdlər edirlər. Ancaq onların bu planları da baş tutmur. Belə ki, Azərbaycanın Müdafiə Nazirliyi də bəyan edib ki, Ermənistan tərəfi müxtəlif dezinformasiyalar yaymaqla özünü guya Azərbaycan Silahlı Qüvvələri barədə məlumatlı göstərməyə çalışır. Əslində isə nümayiş etdirilən “məxfi məlumatlarla dolu məktublar” son dərəcədə bisavad və səriştəsiz hazırlanır. Cəbhədəki döyüşdə uğur qazana bilməyən Ermənistan bu gün mətbuat, virtual məkan və kağız üzərində savaş açmaqla, sosial şəbəkələrdə saxta İP ilə qeydiyyatdan keçərək və azərbaycanlı bloger adı altında “döyüşərək” qismən də olsa uğursuzluqlarının əvəzini çıxmağa çalışır.
Rusiya mətbuatının Ermənistanı terrorçunun adının əbədiləşdirilməsi yönündə atdığı addımını hədəfə alması anlaşılandır
Söz yox ki, ermənilər terror törətməyə, insan qanı axıtmağa xas olan millət olduqlarını yalnız Azərbaycanda deyil, eyni zamanda digər ölkələrdə də nümayiş etdirirlər. Məsələn, ötən həftə Rusiyanın km.ru portalında terrorçu “Daşnaksütyun” partiyasının ən iyrənc xadimlərindən biri olan Qaregin Njdeyə İrəvanda heykəl qoyulmasının kəskin tənqid edildiyi məqalə verilib. Məqalədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvü olan Ermənistanın bu cür addımların anlaşılmaz və təzadlı olduğu qeyd edilir.
Eyni zamanda, Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə İrəvanda Njdeyə abidənin ucaldılması nasizmin, neonasizmin qəhrəmanlaşdırılması, irqçiliyin, ksenofobiyanın və onunla bağlı olan dözümsüzlüyün müasir formalarının eskalasiyasına təkan verən təcrübələrlə mübarizəyə dair BMT Baş Məclisinin qətnamələrinin pozulması kimi dəyərləndirilir. Çünki Njde Hitler Almaniyasının dünyada cinayətlər törətdiyi vaxt faşist ordusunun antisovet ruporu rolunu oynayıb, eləcə də törədilən cinayətlərdə bilavasitə iştirakçı olub. Belə olan halda, Rusiya mətbuatının Ermənistanı terrorçunun adının əbədiləşdirilməsi yönündə atdığı addımını hədəfə alması anlaşılandır.
Rusiyalı tarixçi: “Ermənilər, onlara ünvanlanmış heç bir tənqidi qəbul etmir və milli maraqlarına uyğun saydıqları istənilən cinayəti isə “haqq işi” sayırlar”
Bu da azmış kimi, son vaxtlar ermənilər qaniçən, terrorçu və qeyri-humanist xalq olduqlarını nümayiş etdirməklə yanaşı, həm də “dünyanın ən qədim xalqı” olduqlarını da zorla dünya ictimaiyyətinə sırımağa çalışırlar. Avropanı, Asiyanı, hətta Skandinaviya ölkələrini özünküləşdirən sərsəm erməni “alimləri” qədim Yunanıstan və Misir tarixlərinin əsasını qoyduqlarını bar-bar öz mətbuatlarında bağırırlar. Belə olan halda ədalətli elmi mülahizələr ortaya qoyaraq ermənilərin yalanlarını ifşa edən alimlər dərhal erməni lobbisi tərəfindən hədələnməyə, təqib olunmağa başlanılır. Yeri gəlmişkən, burada da qeyd edə bilərik ki, tanınmış rus tarixçisi Oleq Kuznetsov sözügedən məsələ ilə bağlı ilginc fikirləri ilə yadda qalıb. “Son illər erməni lobbisi həmişə məni siyasi təqibə məruz qoyub”-deyə qeyd edən rusiyalı alim bunun səbəbini ermənilərin ədalət anlayışının yanlış qavramaları ilə əlaqələndirib: “Bütün ermənilər özlərini “ən qədim xalq” hesab edir və “sivilizasiyanın ali təbəqəsinə məxsus olduqlarını” düşünürlər. Buna görə də onlara ünvanlanmış heç bir tənqidi qəbul etmir və milli maraqlarına uyğun saydıqları istənilən cinayəti isə “haqq işi” sayırlar. Buna görə terroristləri “qəhrəman”, məni isə “düşmən” hesab edirlər”.
Görünən isə budur ki, artıq işğalçı, terrorçu və humanizm prinsiplərindən kənar olan bir dövlət kimi tanınmağa başlayan Ermənistan həddini aşdıqca özünü daha dərin uçuruma doğru yuvarlamış olacaq. Çünki tarix həqiqəti heç vaxt gizlətməyib. Əsl həqiqət isə çox yaxında üzə çıxacaq – bu, Ermənistanın siyasi və s. cəhətlərdən süqutu, müstəqilliyini itirməsi və xəritədən silinməsi reallığıdır. Həmin istiqamətə doğru isə məhz onların özləri yol almışdı. İndi isə artıq yolun sonu görünməkdədir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB