Dövlət Departamenti Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini dəstəklədiyini bildirib

Dövlət Departamenti Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini dəstəklədiyini bildirib. SİA-nın "Amerikanın səsi" radiostansiyasına istinadən verdiyi xəbərə görə, bunu Departamentin mətbuat rəsmisi Metyu Brayzanın namizədliyinə senatorlar Barbara Bokser və Robert Mendes tərəfindən veto qoyulması ilə bağlı Dövlət Departamentinə göndərdiyi sorğusuna cavabında bildirib.

 

Departamentin mətbuat rəsmisi: "Cənab Brayza ABŞ-da Amerikanın səfiri vəzifəsi üçün bizim namizədimizdir. O bu vəzifəni yerinə yetirmək üçün lazım olan keyfiyyətlərə malikdir və biz ümid edirik ki, Senat onun namizədliyini mümkün qədər tez bir zamanda təsdiq edəcək", - deyə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...