Azər Həsrət: “Ermənistan hazırkı vəziyyətdə uduşludur” AÇIQLAMA
“Ermənistan hazırkı vəziyyətdə uduşludur. Çünki Azərbaycan torpaqlarını işğal altında tutur və düşünür ki, belə davam etsə birdəfəlik bu yerləri özününküləşdirə biləcək. Ona görə də "nə müharibə, nə sülh" durumu onlar üçün əlverişlidir. Danışıqları pozmaqla, uzatmaqla vaxt qazanırlar”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, müharibəyə cürət etməməklə isə imkanlarının nəyə çatdığını göstərirlər: “Bütün bunlarla bərabər bir şeyi düzgün hesablaya bilmirlər: vaxt Azərbaycanın xeyrinə işləyir. Çünki zaman keçdikcə ordumuz güclənir, resurslarımız artır. Ermənistanda isə bu göstəricilər hər keçən gün geri gedir.
Belə bir şəraitdə ermənilər daha ağıllı davrandıqlarına özlərini inandırırlar. Halbuki onların uzaqgörənliyi olsaydı, çoxdan Azərbaycan torpaqlarından çəkilib şad-xürrəm yaşayardılar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB