Musa Quliyev: “Qadın iqtisadi cəhətdən azad deyilsə, o sosial və hüquqi cəhətdən də azad olmayacaq” - AÇIQLAMA

Musa Quliyev: “Qadın iqtisadi cəhətdən azad deyilsə, o sosial və hüquqi cəhətdən də azad olmayacaq” - AÇIQLAMA
Qadınların kifayət qədər peşəyə, bacarığa yiyələnməməsi və iqtisadi asılıqda olması müxtəlif problemlərə gətirib çıxarır. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib və əlavə edib ki: "Qadın azadlığından söhbət gedəndə məni həmişə konservator kimi qəbul edirlər. Amma əslində islahatların tərəfdarıyam, inqilabın tərəfdarı deyiləm". Millət vəkili: "Biz qadın azadlığından o zaman danışacağıq ki, o, iqtisadi cəhətdən azad olacaq. Qadın iqtisadi cəhətdən azad deyilsə, o, sosial və hüquqi cəhətdən də azad olmayacaq. Hər bir azadlığın başında iqtisadi azadlıq durur. Əgər bizim qadınlarımız bu gün öz atasından, qardaşından, ərindən iqtisadi baxımından asılıdırsa və o, xarici TV-lərdə göstərilən davranışı edirsə müəyyən problemlərlə üzləşəcək. Yəni, gərək bu məsələlərdə harmoniya pozulmasın. Əgər kimsə azad olmaq istəyirsə, özü azad işləməli, qazanmalı və ümumi əxlaq normalarından kənara çıxan hərəkətlər etməməlidir. Təbii ki, bizim Konstitusiyamız heç bir qadına araq içməyi, siqaret çəkməyi, həmçinin necə istədi yaşamağı qadağan etməyib. Amma bizim əxlaq normalarımız bunu qəbul etmir", - deyə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə