Suraxanı rayonundakı 2 saylı uşaq evində rəsm müsabiqəsi və əl işlərindən ibarət sərgi keçirilib
"Beynəlxalq sülh günü" münasibətilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) həyata keçirdiyi tədbirlər planına əsasən Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evində rəsm müsabiqəsi və əl işlərindən ibarət sərgi təşkil olunub.
İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirin rəsmi hissəsində BŞGİBİ-nin məsləhətçisi Zamin Əhmədov və 2 saylı SOS uşaq kəndinin direktoru Seyfəddin Ağaməmmədov uşaqları salamlayıb, onlara öz işlərində və gələcək həyatlarında uğurlar arzulayıb.
Sərgidə 74-ə yaxın uşaq öz əl işlərindən ibarət rəsm əsərlərini nümayiş etdirib.
Rəsm müsabiqəsindən sonra uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Rəsm müsabiqəsinin qalibləri idarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırıldıqdan sonra xatirə şəkili çəkdirblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB