Bazarda güclü yanğın qeydə alınıb

Bazarda güclü yanğın qeydə alınıb

Sabunçu bazarında güclü yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin SİA-ya verdiyi xəbərə görə, bazarın ərazisində vətəndaşa məxsus ümumi sahəsi 65 m2 olan mağazanın yanar konstruksiyaları, vətəndaşa məxsus ümumi sahəsi 12 m2 olan gözəllik salonu və bitişik mağazaların dam örtükləri 60 m2 sahədə yanıb.

Bazarın ərazisindəki 4 kafe və 2 mağazanın yanması nəticəsində obyekt sahiblərinə külli miqdarda maddi ziyan dəyib. Mağazalardakı əşyalar yanaraq külə dönüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və 7 yanğınsöndürən texnikası cəlb edilib.

Yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb. Bitişik digər mağazalar yanğından mühafizə olunub.

İlkin ehtimala görə, yanğına səbəb kafelərdən birində baş vermiş elektrik qısaqapanması olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə