Edvard Nalbandyan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında görüş keçirilib. SİA-nın "Armenia today" xəbər portalına istinadən verdiyi məlumata görə, nazir BMT rəhbərliyi və müxtəlif ölkələrdən olan həmkarları ilə də görüşüb.

 

E. Nalbandyan sentyabrın 25-də Baş Assambleyada çıxış edəcək. O, sentyabrın 26-da Bostona gedərək erməni icmasının nümayəndələri ilə görüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə