Lənkəranda Beynəlxalq Sülh Günü qeyd olunub. SİA-nın cənub bürosunun məlumatına görə, 1981-ci ildən BMT-nin qərarı ilə hər il sentyabrın 21-i bütün dünyada Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Bu münasibətlə Lənkəran Gənclər Evində tədbir keçirilib. Ali və orta ixtisas məktəbləri tələbələrinin, fəal şagirdlərin, idmançı gənclərin qatıldığı mərasimi giriş sözü ilə açan Lənkəran Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov bildirib ki, torpaqlarının 20 faizi qəsb olunmuş, 1 milyona yaxın qaçqın və köçkünü olan ölkəmizdə sülh mövzusu xüsusi önəm daşıyır. Bəşəriyyətin tərəqqisinə, mədəniyyətlərin bir-birinə yaxınlaşmasına baxmayaraq müharibə və münaqişələr hələ də gündəmdən düşmür. Tez-tez planetimizin müxtəlif guşələrində münaqişə ocaqları alovlanır.
Yalçın Əhmədov həmçinin məlumat verərək bildirib ki, tədbiri keçirməkdə məqsəd gənclərə sülhün nə dərəcədə önəmli olmasını aşılamaqla yanaşı, torpaqlarımıza xaincəsinə soxulmuş erməni qəsbkarlarının iç üzünü açmaq, gənclərimizdə vətənə məhəbbət hissini gücləndirməklə ölkə rəhbərliyinin regionumuzda sülhün bərqərar olması istiqamətində gördüyü tədbiləri onlara çatdırmaqdır.
Tədbirdə çıxış edən gənclər də müzakirə olunan mövzu ilə bağlı fikirlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB