Venesiya Komissiyası Lənkəranda parlament seçkiləri ilə bağlı seminar keçirib
Bu gün Lənkəranda Avropa Şurası Venesiya Komissiyası və Azərbaycan Respublikası Prezident Administrasiyasının təşkilatçılığı ilə "Sərbəst toplaşmaq azadlığı və seçkiqabağı kampaniya" mövzusunda seminar keçirilib.
SİA-nın cənub bürosunun məlumatına görə,13 rayon və şəhərin icra hakimiyyəti və polis orqanlarının nümayəndələrinin iştirak etdiyi seminarı Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini İlqar Dadaşov açaraq tədbirin məqsədi və rayonda bu istiqamətdə həyata keçirlən tədbirlər barədə məlumat verib.
Prezident Administrasiyasının sektor müdiri Çingiz Əsgərov "Sərbəst toplaşmaq azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu", Venesiya Komissiyasının ekspertlərii Arni Mavçiç "Sərbəst toplaşmaq azadlığı: beynəlxalq insan hüquqları prinsiplərindən irəli gələn məzmunu və əsas prinsipləri", Qari Krou "Sərbəst toplaşmaq azdlığı ilə bağlı praktiki təhlükəsizlik məsələləri" mövzularında məruzə ediblər.
Seminarda müzakirə edilən məsələlərlə bağlı çıxışlar edilib, ayrı-ayrı təkliflər səsləndirilib. Qeyd olunub ki, Azərbaycanda qəbul edilmiş "Sərbəst toplaşma azadlığı haqqında" qanun Venesiya Komissiyası tərəfindən yüksək qiymətləndirilir. Seçkiqabağı təbliğatın aparılması üçün hər cür şərait yaradılıb.
KİV nümayəndələrinin suallarını cavablandıran Avropa Şurası baş katibinin ölkəmizdəki xüsusi nümayəndəsi Veronika Katek seminarın keçirilməsinin əhəmiyyətindən danışaraq bildirib ki, seçkiqabağı proseslərdə qanunvericilik biliklərinin artırılması, cavabdeh şəxslərin vəzifələrinin müəyyənləşdirilməsi keçirilən seminarın vəzifələrindən biridir. O, həmçinin bu cür seminarların artıq Quba və Qəbələ rayonlarında baş tutduğunu əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB