TürkPA-ya üzv dövlətlərin parlament aparatlarının rəhbərləri İçərişəhərdə olublar

TürkPA-ya üzv dövlətlərin parlament aparatlarının rəhbərləri İçərişəhərdə olublar
Türkiyə Böyük Millət Məclisinin baş katibi Sadettin Kalkanın və Qazaxıstan Senatı Aparatının rəhbəri Murat Nurtleuovun İçərişəhərdə birgə gəzintisi keçirilib. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən SİA-ya bildirilib ki, Azərbaycan tarixinin və mədəniyyətinin incisi olan İçərişəhər 2000-ci ildən YUNESKO-nun "Dünya İrsi Siyahısı"na daxil edilib.

Qonaqlar ilk növbədə Şirvаn hаkimlərinin iqаmətgаhı, orta əsr abidəsi - "Şirvаnşаhlаr Sarayı Kompleksi" ilə tanış edilib və burada sərgilənən rəsmlər və tarixi eksponatlara tamaşa ediblər. Kоmplеksin XVI əsrə аid оlаn yеgаnə tikilisi "Murаd" dаrvаzаsı cənab Kalkanın marağına səbəb olub. Tanışlığa Kiçik Qala küçəsi ilə davam edən rəsmilər, Qoşa Qala Qapıları meydanından keçərək ölkəmizin Mərkəzi Asiya və Hindistanla qədim iqtisadi əlaqələrinin mövcud olmasının göstəricisi olan Buxara və Multanı karvansaralarında olublar.

Sıratağlı dini-memarlıq kompleksinin ("Bazar Meydanı") ərazisindəki müxtəlif dövrlərə aid bədii daş yonma sənətinin nümunələrinə baxıblar. İçərişəhər ərazisində gəzinti qonaqlara sözügedən abidənin yaxınlığında yerləşən, Bakı səhərinin simvolu və nadir memarlıq quruluşuna malik Qız Qalası abidəsi barədə ətraflı informasiya verilməsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə