SƏS Media Qrupun rəhbəri kollektivi təbrik etdi

SƏS Media Qrupun rəhbəri kollektivi təbrik etdi

Bu gün SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev kollektivin mənzil alan 5 əməkdaşını təbrik edib. SİA-nın verdiyi məlumata görə, bununla bağlı “Səs” qəzetinin redaksiyasında yığıncaq keçirilib.

Media Qrupun rəhbəri əvvəlcə 22 iyul - Milli Mətbuat Günü münasibətilə kollektivi təbrik edib, onlara bu çətin peşədə dözüm, sədaqət, sözlərinin kəsərli, qələmlərinin iti olmasını arzulayıb. Qeyd edib ki, Mətbuat Günü ərəfəsində jurnalistlərə növbəti dəfə mənzillərin hədiyyə edilməsi Prezident İlham Əliyevin jurnalistlərə qayğısının bariz nümunəsidir.

Baş redaktor inandığını bildirib ki, bu həssas, peşəkar, diqqətli münasibət bundan sonra da davam edəcək: "Mətbuatımızın inkişafının daha da sürətlənməsi üçün Azərbaycan dövləti hər bir dəstəyini göstərir. Ölkəmizdə mətbuat azadlığı, söz azadlığı təmin edilib. İnanırıq ki, cənab Prezidentin jurnalistlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində atdığı addımlar davamlı olacaq. Media nümayəndələrinə mənzillərin verilməsi Azərbaycan jurnalistlərinin əməyinin qiymətləndirilməsidir".

Daha sonra SƏS Media Qrupun mənzil alan əməkdaşları da sevinclərini bölüşərək Azərbaycan Prezidenti cənab İlham Əliyevə onlara göstərdiyi diqqətə görə təşəkkürlərini bildiriblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə