Bakıda dərzi sexində yanğın ölən və yaralanan var

Bakıda dərzi sexində yanğın ölən və yaralanan var

Paytaxtda dərzi sexində yanğın olub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.m olan 4 otaqdan ibarət dərzi sexinin 3 otağının yanar konstruksiyaları 45 kv.m sahədə yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yanğının kəşfiyyatı zamanı 1951-ci il təvəllüdlü Yusubov Mustafa Leysan oğlunun cəsədi aşkar olunub.

Sexin qalan hissəsi və ev yanğından mühafizə olunub. Yanğın saat 09:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə