AMEA, elmi tədqiqat müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əməkhaqları artırılıb

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan və dövlət büdcəsindən maliyyələşdirilən digər elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

SİA-nın məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan və dövlət büdcəsindən maliyyələşdirilən digər elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2010-cu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılsın.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...