AŞPA-nın beş nəfərlik missiyası seçki öncəsi vəziyyətlə tanış olmaq üçün Azərbaycana gələcək
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) beş nəfərlik missiyası oktyabrın 18-də seçki öncəsi vəziyyətlə tanış olmaq üçün Azərbaycana gələcək. SİA-nın xəbərinə görə, bu barədə AŞ baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek bildirib. Onun sözlərinə görə, heyətdə kimlərin təmsil olunduğu hələlik məlum deyil.
V. Kotek bildirib ki, AŞPA-nın seçkiləri izləmək üçün nəzərdə tutulan 30 nəfərlik müşahidə missiyası isə Bakıya seçkilərdən bir neçə gün əvvəl gələcək. Diplomat hər iki heyətin tərkibinin yaxın zamanlarda açıqlanacağını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB