“Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda məlumat sessiyaları keçiriləcək

Sentyabrın 20-dən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı və ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi" mövzusunda məlumat sessiyalarına başlanacaqdır.

SİA-ya MSK-dan verilən məlumata görə, məlumat sessiyaları rayonların icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının (DSK) sədrləri üçün təşkil ediləcək. İlk məlumat sessiyası senyabrın 20-də Bakının və ətraf rayonların icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri üçün keçiriləcək.

Sentyabrın 21-də Şirvanda, 22-də Mİngəçevirdə, 24-də isə Naxçıvanda müvafiq bölgələrin rayon icra hakimiyyəti başçıları və DSK sədrləri üçün eyni mövzulu məlumat sessiyaları keçiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə