Qagik Sandrosyan: “Cəbhədə öldürülmüş Vazgen Poqosyan evin tək oğludur və ailə üzvləri əlildir”
Ötən gün işğal olunmuş ərazilərimizdə yerləşən cəbhənin təmas xəttində öldürülmüş 1997-ci il təvəllüdlü erməni əsgəri Vazgen Poqosyan əslən Ermənistanın Vayatzor rayonunun Xorbatex kənd sakini olub. Vazgen ailəsinin tək oğul övladı hərbi xidmətdən tərxis olunmasına 6 ay qalmış təmas xəttində ölüb. SİA xəbər verir ki, bu barədə Ermənistanın 1in.am saytı yazır. Kəndin icma rəhbəri Qagik Sandrosyan isə bildirib ki, Vazgen Poqosyan sosial cəhətdən təmin olunmamış ailənin üzvü olmaqla yanaşı, onun ailəsinin hər bir üzvü ayrı-ayrılıqda əlildirlər. “İki bacısı isə ərdədir”-deyə Sandrosyan bildirib.
Qeyd edək ki, artıq sosial şəbəkə fəalları kasıb, ailəsində əlillər olan, eyni zamanda evin tək övladı olan Vazgen Petrosyanın ölümündə Ermənistan rəhbərliyini ittiham edirlər. Statuslarda bildirilir ki, əgər o zəngin ailənin övladı olsaydı, valideyinləri onun hərbi xidmətə getməməsi üçün ya xarici ölkələrin birinə göndərər, ya da 10 min dollar ödəyib dövlətdən satın alardı.
Digər tərəfdən, Ermənistanın insan hüquqları üzrə ictimai fəalları da Serj Sarkisyan rejimini kasıb ailələrin övladlarının öldürülməsində suçlayan bəyanatlar hazırlayırlar.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB