BQXK-nin nümayəndələri əsirlikdə olan Azərbaycan hərbçiləri ilə görüşüblər
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşları erməni əsirliyində olan Azərbaycan hərbçilərinə baş çəkiblər. Bu barədə SİA-ya məlumat verən BQXK-nın Bakı ofisinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, Ermənistan nümayəndəliyinin əməkdaşları azərbaycanlı çavuşlar-1985-ci il təvəllüdlü Roman Hüseynov və 1990-cı il təvəllüdlü Anar Hacıyevlə görüşüblər. İ. Hüseynova görüşün təfərrüatları barədə əlavə məlumat verməyıb. O vurğulayıb ki, BQXK nümayəndələrinin erməni əsirliyində olan Azərbaycan vətəndaşı, mülki şəxs Eldar Tağıyevlə görüşməyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB