"Abşeronneft" NQÇİ-də və Xəzər Fəhlə Təchizatı Ticarət İstehsalat Müəssisəsində qanvermə aksiyası keçirilib. Talassemiyadan əziyyət çəkən uşaqlara yardım məqsədi ilə həyata keçirilən qanvermə aksiyasında 150-ə yaxın neftçi iştirak edib. Bu barədə SİA-ya Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən məlumat verilib. Aksiya Azərbaycan Respublikası Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutu ilə ARDNŞ-nin birgə hazırladığı qrafikə uyğun olaraq keçirilib.
Xatırladaq ki, ARDNŞ "Savab Dünyası" Talassemiya Assosiyasının təşəbbüsünə qoşularaq talassemiyalı uşaqlara yardım məqsədilə keçiriləcək könüllü qanvermə kampaniyasına sentyabrın 6-dan start verib.
Qeyd edək ki, ötən il 6 ay ərzində keçirilən könüllü qanvermə kampaniyasına 3000-dən çox neftçi qatılıb, bu isə 600 nəfər talassemiyalı uşağın həyatına ümid verilməsinə köməklik göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB