Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin İrana səfəri başlayıb

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin İrana səfəri başlayıb

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin İran İslam Respublikasına səfəri başlayıb.

SİA-nın məlumatına görə, səfər cərcivəsində Azərbaycan ilə İran arasında dövlət sərhədinin mühafizəsinin vəziyyəti və insan alverinə, sərhəd pozuntularına, hər növ qaçaqmalçılığa qarşı birgə mübarizənin gücləndirilməsi yolları müzakirə ediləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə