Amerikalı həmsədr: “Biz sülh prosesini irəlilətmək üçün tərəflərdən konstruktiv addımlar gözləyirik” - MÖVQE
Dekabrda Qazaxıstanda ATƏT-in Minsk qrupunun sammitinin keçirilməsini mühüm hadisədir. SİA-nın verdiyi xəbərə görə, bu sözləri amerikalı həmsədr Robert Bradtke BBC radiosunun Azərbaycan xidmətinə verdiyi müsahibəsində deyib.
Onun sözlərinə görə, sammitdə Azərbaycan və Ermənistan prezidentləri Avropanın və Şimali Amerikanın dövlət rəhbərləri ilə bir masa arxasında oturacaqlar: "Heç şübhəsiz ki, münaqişə tərəflərinin mövqelərindəki fərqlər bir daha diqqət mərkəzində olacaq. Prezidentlər bu prosesi necə inkişaf etdirmək planları barədə dünya birliyinə məlumat verməli olacaqlar. Düşünürəm ki, burada müəyyən irəliləyişə nail olmaq mümkün olacaq. Biz son səfərimiz zamanı tərəflərə hansı sahələrdə razılaşmanın əldə olunmasının mümkünlüyü barədə məlumat vermişik. Biz bu məsələləri bir daha Nyu-Yorkda müzakirə edəcəyik. Biz bu mərhələdə sülh prosesini irəlilətmək üçün tərəflərdən konstruktiv addımlar gözləyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB