Milli Məclisin deputatı Cavanşir Feyziyev iyunun 28-də Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Astanada səfərdə olacaq. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, millət vəkili seçkiləri Türkdilli Ölkələrin Parlament Assambleyasının xətti ilə müşahidə edəcəkdir.
Deputatımız digər müşahidəçilərlə bərabər bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişini və vətəndaşların fəallığını izləyəcəkdir.
Səfər iyunun 29-da başa çatacaq.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB