Belçikalı siyasətçi Azərbaycan XİN-in "qara siyahı"sına daxil edilə bilər

Belçikalı siyasətçi Azərbaycan XİN-in "qara siyahı"sına daxil edilə bilər

Belçikalı senator, Flandriya parlamentinin üzvü Yoris Poşe Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər etdiyi üçün Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) arzuolunmaz şəxsləri siyahısına daxil edilə bilər.

Bunu SİA-ya XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, hazırda nazirlik belçikalı siyasətçinin həmin ərazilərə səfəri barədə məlumatı araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə