Türkiyә sәfiri Hulusi Kılıç Azərbaycan xalqını tәbrik edib

Türkiyә sәfiri Hulusi Kılıç Azərbaycan xalqını tәbrik edib
Türkiyә Cümhuriyyətinin Azәrbaycandakı sәfiri Hulusi Kılıç Ramazan bayramı münasibətilə Azərbaycan xalqını tәbrik edib. Səfirlikdən SİA-ya verilən məlumata görə, təbrikdə deyilir: "Ramazan ayı birlik, bərabərlik, sevgi, tolerantlıq və həmrəylik ayıdır. Ölkələrimiz arasında bənzərsiz qardaşlıq əlaqələrinin və həmrəyliyin çox yüksək səviyyədə olduğu bir dönəmdə mən də fürsətdən istifadə edərək müqəddəs Ramazan bayramı münasibətilə qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Bayramın azərbaycanlı bacı və qardaşlarıma firavanlıq, sağlıq, xoşbəxtlik və bərəkət gətirməsini diləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə