Bu il Əfqanıstanda həlak olan NATO əsgərlərinin sayı 500-ə çatıb

Bu il Əfqanıstanda həlak olan NATO əsgərlərinin sayı 500-ə çatıb

Əfqanıstanda 2010-cu ilin ilk 8 ayı ərzində ölən NATO əsgərlərinin sayı 500-ə çatıb. 2009-cu ildə isə ölən əsgər sayının cəmi 521 olduğu bildirilib.

SİA-nın məlumatına görə, Əfqanıstanda ən son NATO əsgərinin ölümü dünən ölkənin şərqində yaşanıb. Eyni bölgədə son dövrdə NATO əsgərlərinin ölümlərində artım müşahidə edilərkən, çoxunun Amerika əsgəri olduğu qeyd olunub.

Əfqanıstanın 2001-ci ildə işğalından sonra ölən xarici əsgər sayının isə ümumilikdə 2 minə yaxın olduğu söylənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə