Avropa Tələbələr Birliyinin Azərbaycana işgüzar səfəri başlayıb

Avropa Tələbələr Birliyinin Azərbaycana işgüzar səfəri başlayıb

Bu gün Azərbaycan Tələbələr Birliyinin dəvəti və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Avropa Tələbələr Birliyinin nümayəndələri Azərbaycana işgüzar səfərə gəliblər.

SİA-nın məlumatına görə, 5 nəfərin təmsil olunduğu nümayəndə heyətinin ölkəmizə səfərinin məqsədi bir müddət öncə bu mötəbər quruma assosiativ üzv olmuş Azərbaycan Tələbələr Birliyi ilə daha yaxından tanış olmaq və quruma tamhüquqlu üzv qəbul etmək üçün potensialının araşdırılmasıdır.

Estoniya, Hollandiya, Bolqarıstan, Serbiya və Polşanın milli tələbələr birliyindən olan nümayəndə heyəti 8 gün ölkəmizdə olacaq və bir sıra rəsmi görüşlər keçirəcəklər.

Nümayəndə heyəti bu gün ilk öncə Birliyin fəalları ilə, daha sonra isə Gənclər və İdman Nazirliyi və Gənclər üçün Təhsil Mərkəzində görüşlər keçiriblər. Səfər çərçivəsində qonaqlar universitet rəhbərləri, tələbə təşkilatları, regionlardakı kolleclər və bir sıra dövlət qurumları ilə də görüşlər keçirəcəklər

Bütün xəbərlər Facebook səhifəmizdə