Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edir

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 5-də saat 11.15-dən 11.35-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 07.25-dən 08.15-dək, 19.00-dan 19.25-dək, 20.45-dən 21.25-dək, sentyabrın 6-da 00.40-dan 01.15-dək, 00.45-dən 00.55-dək, 01.00-dan 01.20-dək, 03.45-dən 04.15-dək və 04.10-dan 04.30-dək Tərtər rayonunun Çiləbürt, Göyarx, Seysulan, Qızıl Oba kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, sentyabrın 5-də saat 13.00-dan 13.15-dək və sentyabrın 6-da saat 02.35-dən 02.55-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, sentyabrın 5-də saat 22.50-dən 23.05-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 14.30-dan 15.00-dək, sentyabrın 6-da saat 03.30-dan 04.00-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə,düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...