Dağıstanda hərbi hissəyə hücum edilib

Dağıstanda avtomobillə hərbi hissəyə təşkil edilən terror hücümü zamanı 5 adam ölüb, 30-u isə yaralanıb. Yaralıların bir qisiminin vəziyyətinin ağır olduğu bildirilib.

SİA-nın məlumatına görə, Buinaksk böləgəsinə yaxın bir ərazidə yerləşən hərbi hissəyə partlayıcı maddə yüklənmiş "Jiquli" markalı bir avtomobillə hücum gerçəkləşdirilib. Müxtəlif mənbələr yaralıların sayının 39 olduğunu qeyd edirlər, digər mətbuat orqanlarında qapıda keşik çəkən əsgərlərin avtomobili dayandırmasının ölü sayının artmasına mane olduğu yazılır.

Ria Novosti xəbər agentliyinə açıqlama verən rəsmilər partlayıcının 100 kiloqram TNT partlayıcı gücünə bərabə olduğunu söyləyiblər. Hadisənin ardından bölgəyə gedən polis avtomobillərinin keçəcəyi yolda ikinci bir partlayış törədilib. İkinci hücumda isə ölən, ya da yaralanan olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə