Əli Əhmədov: “Biz inanmaq istəyirik ki, Rusiya prezidenti Dmitri Medvedevin burada səsləndirdiyi bəyanatlar səmimidir”

"Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri önəmli hesab olunmalıdır". Bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov bildirib. Onun sözlərinə görə, iki dövlət arasında bütün sferalarda çox əhəmiyyətli tərəfdaşlıq mühiti formalaşıb və rəsmi Bakı bu münasibətlərin inkişaf etdirilməsində maraqlıdı.

 

Əli Əhmədov qeyd edib ki, eyni zamanda Rusiya prezidentinin Azərbaycana səfəri Azərbaycan ictimaiyyəti üçün bu yaxınlarda Rusiya ilə Ermənistan arasında imzalanan hərbi müqavilənin Azərbaycan üçün yarada biləcək təhlükə kontekstində maraq doğururdu: "Bunu qeyd etmək istərdim ki, Rusiya prezidenti Ermənistan-Rusiya arasında imzalanan hərbi müqavilənin Azərbaycanın maraqlarına toxunmayacağı haqqında çox əhəmiyyətli bir bəyanat verib. Biz inanmaq istəyirik ki, doğurdan da Rusiyanın Ermənistanda yerləşdirilən hərbi hissəsinin daha çox Ermənistan ərazisində saxlanılması üçün bağlanan müqavilənin Azərbaycana hər hansı bir təhlükə yaratmayacağı, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarbağ münaqişəsinin nizama salınması probleminə hər hansı bir əngəl yaratmayacağı haqqında verdiyi bəyanat əhəmiyətli hesab edirəm. Biz inanmaq istəyirik ki, burada səsləndirilən bəyanatlar səmimidir. Eyni zamanda münaqişənin bundan sonra nizama salınması təsisində Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi qərəsiz və tərəfsiz mövqe nümayiş etdirəcəyinə inam yaradır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...