Meksika Körfəzindəki bir neft platformasında baş verən partlayışın ardından çıxan yanğından sonra bölgədə 1,5 kilometrdən çox uzunluqda neft təbəqəsi üzə çıxıb. SİA-nın məlumatına görə, Amerika sahilqoruma xidmətinin əməkdaşı, platformada çalıçanlara istinadən verdiyi məlumatda təbəqənin təxminən 3 metr genişliyində olduğu və daha çox neft sızıntısı olmayacağına ümid etdiyini deyib.
Sahilqoruma səlahiyyətlisi, yanğının nəzarət altına alındığı, ancaq tam söndürülmədiyini qeyd edib. Rəsmilər, gələn ilk xəbərlərdə platformadakı 13 işçidən birinin yaralandığını, ölən olmadığını açıqlayıb.
Mariner Enerqyin sahibi olduğu platformada istehsal olmadığı bildirilib. Platformanın aprel ayında baş verən partlayışın ardından körfəzə neft sızıntısının başladığı BP-ə aid platformanın qərb tərəfində olduğu söylənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB