Mərkəzi Seçki Komissiyası cənub bölgəsində ixtisaslaşdırılmış kurslara başlayıb
Mərkəzi Seçki Komissiyası (MSK) Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamına müvafiq olaraq seçki dairələrində ixtisaslaşdırılmış kurslara başlayıb. Üç gün davam edəcək kurslarda dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri iştirak edirlər.
SİA-nın cənub bürosunun məlumatına görə, sentyabrın 1-də 75 saylı Lənkəran Dairə Seçki Komissiyasında (DSK) keçirilən kursda çıxış edən komissiyanın sədri Y. Hüseynov kursun təşkil olunmasının məqsədləri barədə məlumat verib. Lənkəran şəhər Polis Şöbəsi rəisinin müavini Cavanşir Novruzov, şöbənin bölmə rəisi Mehman Məmmədov, Lənkəran rayon İcra Hakimiyyətinin şöbə müdiri Elşad İbrahimovun seçki günü polisin vəzifələri, ictimai asayişin qorunması, seçki siyahılarının tərtibi, seçkiqabağı təşviqatın aparılmasından ötrü müvafiq şəraitin yaradılması və bu bu sahələrdə yerli icra və bələdiyyə orqanlarının rolu ilə bağlı çıxışları dinlənilib.
Tədbirin sonunda DSK məntəqə seçki komissiyalarının sədrləri və DSK-nın üzvləri üçün seçki hüququ ilə bağlı seminar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Həmin gün Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarında fəaliyyət göstərən seçki dairələrində də seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlanıb. Kursları bitirənlərə müvafiq sertifikatlar veriləcək
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB