Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini yenidən atəşə tutub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 1-də saat 18.30-dan 18.40-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 18.40-dan 18.50-dək, sentyabrın 2-də saat 03.00-dan 03.35-dək və 05.10-dan 05.30-dək Tərtər rayonunun Qızıl Oba, Çaylı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB